main-post-cover

    Qualcomm Snapdragon 888-in Lite versiyası və davamçısı üzərində çalışır

    Elm & Texnologiya
    09.03.2021
    Farid Pardashunas
        Məşhur insayder Roland Quandt yaxın gələcəkdə təqdim olunacaq yeni Snapdragon prosessorları barəsində məlumat verib. Söhbət, Snapdragon 888-in sadələşdirilmiş versiyasından və davamçısından gedir. İnsayder bildirib ki, Snapdragon 888-in hazırlanan Lite versiyası smartfonların qiymətlərini aşağı salacaq və bu halda prosessorun performansında nəzərə çarpacaq dərəcədə dəyişiklik olmayacaq. Məlumatda həmçinin qeyd edilib ki, SM8325 kod nömrəsinə sahib yeni Lite modelin adi Snapdragon 888-dən əsas fərqi ondan ibarət olacaq ki, o, 5G modem ilə təchiz olunmayacaq.
        Buna görə də istehsalçılar 5G şəbəkəsinin hələ lazımi səviyyədə inkişaf etmədiyi və ya ümumiyyətlə olmadığı ölkələrdə daha aşağı qiymətə sahib smartfonları təklif edə biləcəklər. Bundan əlavə olaraq keçən ilki Snapdragon 865 Snapdragon 865 Plus modellərində olduğu kimi smartfon istehsalçıları Snapdragon 888 Lite prosessoruna sahib məhsullarının konstruksiyalarına ayrıca modem inteqrasiyasını reallaşdıra biləcəklər. Bu məsələdə hər şey istehsalçının seçimindən asılı olacaq. Prosessorun Lite versiyasının texniki özəllikləri barəsində hələ heç bir məlumat yoxdur.
        İnsayder həmçinin Snapdragon 888-in davamçısı barəsində də məlumatlar verib. Məlumata əsasən Qualcomm artıq onun üzərində çalışmağa başlayıb. Snapdragon 888-in davamçısı Waipio kod adına və SM8450 kod nömrəsinə sahibdir. Məlumata əsasən yeni flaqman prosessor hal hazırda 12 GB RAM-a və 256 GB daxili yaddaşa sahib cihazda test edilir. İnsayder bildirib ki, Snapdragon 888-in davamçısı Leica şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Buna görə də yeni flaqman prosessorda foto çəkilişi özəlliklərindən məhz Leica şirkəti cavabdeh olacaq. Prosessorun texniki özəllikləri barəsində bir məlumat yoxdur. Lakin Snapdragon 888-in davamçısını yaxın zamanda gözləmək lazım deyil. Belə ki, onun təqdimatı ilin sonunda baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər