Logo
    main-post-cover

    Qualcomm Snapdragon 8+ Gen 2 prosessorunun təqdimatına hazırlaşır

        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung-un öz flaqman smartfonlarında Snapdragon 8 Gen 2 prosessorunun sürətləndirilmiş versiyasından istifadə lisenziyası sona çatıb. Söhbət, Snapdragon 8 Gen 2 for Galaxy prosessorundan gedir. İnsayderlər bildirmişdilər ki, Qualcomm onu digər brendlər üçün Snapdragon 8+ Gen 2 şəklində təqdim edəcək. Görünür, bu məlumat həqiqəti əks etdirir.
        Belə ki, Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi yeni məlumata əsasən Çindən olan smartfon istehsalçıları yaxın zamanda Snapdragon 8+ Gen 2 prosessoruna sahib smartfonların istehsalına start verəcəklər. Bu isə o deməkdir ki, Qualcomm sözügedən prosessorun təqdimatına hazırlaşır. Bununla yanaşı insayder bildirib ki, Snapdragon 8 Gen 2 ilə Snapdragon 8+ Gen 2 arasında minimal fərqlərin olacağına baxmayaraq yeni prosessor smartfon istehsalçıları üçün baha başa gələcək. Bu isə öz növbəsində smartfonların satış qiymətlərinə təsir göstərəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Qualcomm Snapdragon 8+ Gen 2 prosessorunun təqdimatına hazırlaşır | Technote