
Qualcomm Snapdragon 8s Elite prosessoru üzərində çalışır
Elm & Texnologiya
28.11.2024
Emil
Qualcomm şirkəti oktyabr ayının sonunda Snapdragon 8 Elite flaqman prosessorunu təqdim etdi. İndi isə insayderlər bildiriblər ki, şirkət bu flaqman prosessorun bir qədər sadələşdirilmiş versiyası üzərində çalışır. Söhbət, Snapdragon 8s Elite prosessorundan gedir. Təqdim edilmiş məlumatda qeyd edilib ki, hazırlanan Snapdragon 8s Elite prosessoru 2025-ci ilin birinci rübündə təqdim olunacaq.
Qeyd etmək lazımdır ki, Snapdragon 8s Gen 3 prosessoru bu ilin mart ayında təqdim olunmuşdu. Çox güman ki, Snapdragon 8s Elite prosessoru da eyni zaman aralığında təqdim olunacaq. Bununla yanaşı insayderlər əlavə ediblər ki, Snapdragon 8s Elite prosessorunu öz smartfonunda ilk istifadə edəcək şirkət Xiaomi olacaq. Məlumatda prosessoru əldə edəcək Xiaomi smartfonunun adı qeyd edilməsə də, insayderlər hesab edirlər ki, söhbət, Xiaomi CIVI 5-dən gedə bilər.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
