Logo
    main-post-cover

    Qualcomm Snapdragon prosessorların hazırlanması imkanından məhrum ola bilər

    Elm & Texnologiya
    23.10.2024
    Emil
         ARM şirkəti Qualcomm-un prosessor hazırlama lisenziyasını ləğv edib. Bu isə o deməkdir ki, Qualcomm Oryon adlı fərdi nüvələrinə sahib Snapdragon prosessorlarının hazırlanması və istehsalı imkanından məhrum ola bilər. Qeyd etmək lazımdır ki, tərəflər arasındakı bu konfliktə 2021-ci ildə start verilib. Həmin ildə Qualcomm şirkəti Nuvia adlı startapı aldı və beləliklə Nuvia ilə ARM arasında olmuş lisenziya razılaşmasının sahibi oldu. ARM bildirib ki, Qualcomm startapın alınmasından sonra startap ilə özü arasında olmuş müqavilənin şərtlərini dəyişdirməli idi.
         Belə ki, ARM, Nuvia-nın alışından sonra öz texnologiyalarının təqdim edilməsinə razılıq verməmişdi. Lakin Qualcomm müqavilənin şərtlərini dəyişməyib. Bununla yanaşı ARM bildirib ki, əgər Qualcomm tələbləri yerinə yetirməsə, Nuvia-nın texnologiyaları əsasında hazırlanmış bütün məhsullar məhv edilməlidir. Dekabrda bu mövzu ətrafında baş tutacaq məhkəmə prosesindən əvvəl ARM şirkəti lisenziya razılaşmasını ləğv edib. Qualcomm isə öz növbəsində ARM-in bu qərarını rəqabətə əks hesab edir və o öz hüquqlarının doğruluğunda əmindir. Əgər tərəflər arasında razılaşma əldə edilməsə, Qualcomm, Oryon nüvələrinə sahib Snapdragon 8 EliteSnapdragon X prosessorlarının satışlarını dayandırmalı olacaq.
    Paylaş