
Qualcomm Snapdragon X Elite adlı yeni desktop prosessorunu təqdim edib
Elm & Texnologiya
25.10.2023
Emil
Qualcomm şirkəti Snapdragon 8 Gen 3 ilə yanaşı Windows kompüterlər üçün nəzərdə tutulmuş Snapdragon X Elite adlı yeni desktop prosessorunu da təqdim edib. Şirkətin sözlərinə əsasən bu yeni dektop prosessor Intel Core, AMD Ryzen və Apple M2 prosessorları ilə lazımi səviyyədə rəqabət apara bilir. Snapdragon X Elite prosessorunun əsas fərqləndirici özəlliyi onun Oryon adlı yeni arxitekturaya sahib olmasıdır. 4 nanometrlik bu prosessor özündə 12 ədəd nüvəni birləşdirir. Nüvələrin maksimal çalışma tezlikləri 3.8 GHz təşkil edir. Bir və ya iki aktiv nüvə halında Boost rejimi çərçivəsində bu göstərici 4.3 GHz-ə yüksəlir.

Məlumatda qeyd edilib ki, Snapdragon X Elite prosessorunun enerji sərfiyyatı 10-50 vatt təşkil edir. Qualcomm bildirib ki, Snapdragon X Elite müəyyən ssenarilər çərçivəsində Intel Core i7-1355U və ya Core i7-1360P prosessorlarından iki dəfə daha performanslı ola bilər. Adları sadalanmış bu prosessorlardan 68% daha az enerji sərf etməklə Snapdragon X Elite onların səviyyələrində performans da sərgiləyə bilər. Təqdimat zamanı təqdim edilmiş slaydlara əsasən Qualcomm-un yeni dekstop prosessoru Geekbench 6.2 bençmarkının çox nüvəli testi çərçivəsində Apple M2-dən 50% daha sürətli olub.

Prosessorun qrafik imkanlarından Adreno çipi cavabdehdir. Lakin şirkət söhbətin hansı Adreno modelindən getdiyi barəsində dəqiq məlumat verməyib. Məlumdur ki, GPU 120 Hz-lik təsvir yenilənməsinə sahib 4K ekranları, 4K keyfiyyətində 3 ədəd xarici ekranı və 5K keyfiyyətində 2 ədəd xarici ekranı dəstəkləyir. GPU-da API DirectX 12-nin dəstəyi reallaşdırılıb. Şirkət bildirib ki, prosessorda süni zəka əməliyyatlarından cavabdeh olan NPU blokunun performansı 45 TOPS təşkil edir.

Snapdragon X65 5G modemi isə saniyədə 10 Gbit yüklənmə sürətini təmin edir. Prosessor üstəlik Wi-Fi 7 və Bluetooth 5.4 dəstəyinə sahibdir. Snapdragon X Elite 64 GB-a kimi LPDDR5X standartlı RAM yaddaşlarını, PCIe 4.0 NVMe və UFS 4.0 standartlı yaddaş həcmlərini, 64 MP-lik kameraları və 4K HDR formatında videoların çəkilişlərini dəstəkləyir. Qualcomm bildirib ki, Snapdragon X Elite vasitəsilə çalışacaq ilk kompüterlər gələn ilin ortasında satışa çıxacaqlar.


Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Qualcomm Snapdragon 8 Gen 3 flaqman prosessoru təqdim edilib
Qualcomm şirkəti aylar ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Snapdragon 8 Gen 3 adlı yeni flaqman prosessorunu təqdim edib.

Elm & Texnologiya
Snapdragon 8 Gen 3 geniş süni zəka imkanlarına sahib olacaq
Qualcomm-un yaxın günlərdə təqdim edəcəyi Snapdragon 8 Gen 3 prosessoru süni zəka ilə geniş çalışma imkanlarına sahib olacaq.

Elm & Texnologiya
MediaTek Dimensity 9300 prosessoru Snapdragon 8 Gen 3-dən 3 istiqamətdə üstün olacaq
Artıq gələn həftə Qualcomm şirkəti özünün yeni flaqman prosessoru olacaq Snapdragon 8 Gen 3-ü təqdim edəcək.

Elm & Texnologiya
Snapdragon Summit 2023-ün keçiriləcəyi tarixlər məlum olub
Qualcomm şirkəti Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında Snapdragon Summit 2023 tədbirinin keçiriləcəyi tarixlərin əks olunduqları posteri təqdim edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
