
Qualcomm Snapdragon X Plus adlı daha bir desktop prosessor üzərində çalışır
Elm & Texnologiya
06.04.2024
Farid
Qualcomm şirkəti keçən il Snapdragon X Elite adlı desktop prosessorunu təqdim etmişdi. Ortaya çıxmış yeni məlumata əsasən şirkət daha bir yeni desktop prosessorunun iki versiyasını artıq test edir. Söhbət, Snapdragon X Plus prosessorundan gedir. Sözügedən prosessorun şirkət daxilində test olunan versiyaları X1P44100 və X1P46100 identifikasiya nömrələrinə sahibdirlər. Məlumatda qeyd edilib ki, Snapdragon X Plus-ın fevral ayından test edilən iki versiyasında LPDDR5X standartlı RAM yaddaşlarının və UFS 4.0 standartlı daxili yaddaş həcmlərinin dəstəkləri reallaşdırılıb. Bununla yanaşı test edilən versiyalar özlərində Snapdragon X65 5G modemini birləşdirirlər. Bu isə öz növbəsində prosessora mobil internetə çıxışı reallaşdırmağa imkan verir. Çox güman ki, Snapdragon X Plus 10 ədəd nüvəyə sahib olacaq və bazara Snapdragon X Elite prosessorunun bir qədər sadələşdirilmiş versiyası qismində çıxacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
