Logo
    main-post-cover

    Qualcomm-un gələn ilki flaqman mobil prosessoru baha qiymətə satılacaq

    Elm & Texnologiya
    26.10.2023
    Emil
         Dünən Qualcomm şirkəti rəsmi şəkildə məlumat verdi ki, şirkətin 2024-cü ildə təqdim ediləcək növbəti flaqman mobil prosessoru desktop nüvələri əldə edəcək. Söhbət, Snapdragon X Elite adlı yeni desktop prosessorda istifadə edilən Oryon nüvələrindən gedir. Qualcomm-un vitse-prezidenti Chris Patrik bu mövzu ətrafında məlumat verən zaman gələn ilki flaqman Snapdragon modelinin adını açıqlamayıb. Lakin böyük ehtimal ilə söhbət, Snapdragon 8 Gen 4-dən gedir. İndi isə məlum olub ki, şirkətin Oryon nüvələrini əldə edəcək gələn ilki flaqman prosessorun qiymətində də artım olacaq. "Biz qiymətin bir qədər qalxacağını gözləyirik. Çünki biz inanılmaz performans səviyyəsinə hədəflənmişik" - deyə Chris Patrick qeyd edib.
    Paylaş