Logo
    main-post-cover

    Qualcomm-un növbəti flaqman prosessorunun qiyməti 200$-dan yüksək ola bilər

    Elm & Texnologiya
    03.12.2024
    Emil
         Qualcomm gələn il növbəti flaqman prosessorunu təqdim edəcək. Söhbət, Snapdragon 8 Elite prosessorunun davamçısından (şərti adı Snapdragon 8 Elite 2) gedir. Ortaya çıxmış məlumata əsasən isə Qualcomm gələn il təqdim olunacaq bu flaqman prosessorunun qiymətini artırmağı planlaşdırır. Gözləntilərə əsasən Snapdragon 8 Elite 2 prosessorunun qiyməti 200$-dan yüksək olacaq. Bu isə daha öncəki flaqman Snapdragon prosessorların qiymətlərindən 20% daha yüksəkdir. Məlumatda qeyd edilib ki, növbəti flaqman Snapdragon prosessorunun qiymətinin bu qədər yüksək olacağının əsas səbəbi onun TSMC şirkətinin N3P adlı yeni nəsil 3 nanometrlik texnoloji proses əsasında istehsal olunacağıdır.
         Bu yeni nəsil 3 nanometrlik texnoloji proses öz növbəsində prosessorun performans göstəricini 20% artırmalıdır. Prosessorun qiymətinin artımı 2025 və 2026-cı illərdə Samsung, Xiaomi və digər istehsalçıların flaqman smartfonlarının satış qiymətlərində də artıma səbəb ola bilər. Son zamanlarda MediaTek şirkəti mobil prosessorlar bazarında müəyyən pay sahibi olsa da, Qualcomm bu mövzuda liderliyini qoruyub saxlayır. Belə ki, onun Snapdragon prosessorları yüksək keyfiyyətləri ilə seçilirlər. Digər tərəfdən şirkətin daimi şəkildə öz prosessorlarının qiymətlərində artıma yol verməsi smartfon istehsalçıları üçün əlavə təzyiqdir. Bu səbəbdən onlar da öz cihazlarının satış qiymətlərində artıma yol verməyə məcbur olacaqlar.
    Paylaş