
Qualcomm-un təqdimata hazırlaşan Snapdragon 7s Gen 3 prosessoru Geekbench testlərindən keçib
Elm & Texnologiya
17.07.2024
Emil
Qualcomm şirkəti orta səviyyəli yeni prosessorunu təqdim etməyə hazırlaşır. Söhbət, Snapdragon 7s Gen 3-dən gedir. İndi isə bu prosessorun Geekbench testlərindən keçdiyi məlum olub. Beləliklə Geekbench-in məlumatlarına əsasən Snapdragon 7s Gen 3 prosessoruna sahib cihaz həmçinin özündə 16 GB RAM-ı da birləşdirib. Cihaz Geekbench-in bir nüvəli testi çərçivəsində 1157 xal, çox nüvəli testi çərçivəsində isə 3157 xal toplayıb.

Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 7s Gen 2 prosessoru Geekbench-in bir nüvəli testi çərçivəsində 998 xal, çox nüvəli testi çərçivəsində isə 2813 xal toplayır. Beləliklə Snapdragon 7s Gen 3 prosessorunda performans artımını rahatlıqla görmək olar. Bundan əlavə olaraq Geekbench sayəsində məlum olub ki, Snapdragon 7s Gen 3 özündə 2.5 GHz tezlikdə çalışan 1 ədəd əsas nüvəni, 2.4 GHz tezlikdə çalışan 3 ədəd performans nüvəsini və 1.8 GHz tezlikdə çalışan 4 ədəd enerji effektivliyi nüvəsini birləşdirir. Gözləntilərə əsasən Qualcomm-un bu yeni prosessorunu ilk əldə edəcək smartfonlardan biri Redmi Note 14 Pro olacaq.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Snapdragon 8 Gen 4 prosessoru DLSS texnologiyasının analoqunu əldə edə bilər
Qualcomm şirkəti oktyabr ayında Snapdragon 8 Gen 4 flaqman prosessorunu təqdim edəcək. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən yeni flaqman prosessor barəsində növbəti təfərrüatları bölüşüb.

Elm & Texnologiya
Qualcomm Snapdragon 8 Gen 4 prosessorunun nə zaman təqdim olunacağını elan edib
Qualcomm şirkəti Snapdragon Summit 2024 tədbirinin keçiriləcəyi tarixləri açıqlayıb.

Elm & Texnologiya
Qualcomm orta səviyyəli smartfonlar üçün Snapdragon 6s Gen 3 prosessorunu təqdim edib
Qualcomm şirkəti orta səviyyəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 6s Gen 3-dən gedir.

Cihazlar+
Qualcomm şirkəti Apple Mac mini tərzində kompakt ölçülü kompüterini təqdim edib - QİYMƏTİ
Qualcomm şirkəti Apple Mac mini tərzində öz kompakt ölçülü kompüterini təqdim edib. Qualcomm-un bu kompakt ölçülü kompüteri Snapdragon Dev Kit for Windows adlanır.

Cihazlar+
Samsung Galaxy S25 smartfonu daha baha qiymətə satıla bilər
Samsung şirkəti gələn ilin əvvəlində Galaxy S25 flaqman smartfonunu təqdim edəcək. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində Galaxy S25-in satış qiyməti barəsində vacib bir məlumatı çatdırıb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
