Reklam
Qualcomm-un yeni məhsullarının təqdimat cədvəli sızdırıldı: Snapdragon 875G nə vaxt gələcək?

Qualcomm-un yeni məhsullarının təqdimat cədvəli sızdırıldı: Snapdragon 875G nə vaxt gələcək?

Texnologiya
16.07.2020 PAYLAŞIM

    Snapdragon 865 Plus prosessorunun təqdimatından 1 həftə sonra insayderlər Qualcomm şirkətinin təqdim olunacaq yeni məhsullarının cədvəlini əldə ediblər. Bu məlumat sızıntısı vasitəsilə Snapdragon 875G flaqman prosessorunun və şirkətin digər modellərinin nə zaman təqdim olunacaqları məlum olub. Bu barədə Gizmochina saytı xəbər verib. Qualcomm şirkətinin bu cədvəlini çinli insayderlərdən biri Weibo sosial şəbəkəsində paylaşıb. Fotoya əsasən bu ilin dördüncü rübündə şirkət orta və ultrabüdcəli smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 662 Snapdragon 460 modellərini təqdim edəcək.


    Snapdragon  875G flaqman prosessor modeli 2021-ci ilin əvvəlində büdcəli Snapdragon 435G seriyası ilə birlikdə istifadəyə veriləcək. Gələn ilin ikinci rübünün əvvəlində və ya sonunda şirkət Snapdragon 735G modelini təqdim etməyi planlaşdırır. Gözləntilərə əsasən Snapdragon 875G və Snapdragon 735G prosessorlarının performans göstəriciləri əvvəlki modellərdən 10% yüksək, enerji sərfiyyatları isə 20% aşağı olacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..


Samsung bazardakı ən kiçik piksellərə sahib yeni 200 MP-lik kamera sensorunu təq..

Samsung şirkəti mobil kameralar üçün nəzərdə tutulmuş yeni 200 MP-lik kamera sensorunu təqdim edib...


iPhone 13 Pro Max - kamera testləri - detallı icmal (VIDEO)

Yadınızdadırsa, Apple-ın yeni iPhone 13 seriyası təqdim olunanda hələ Azərbaycana gəlməmiş hər 4 cih..


MediaTek flaqman smartfonlar üçün yeni Dimensity 9000+ prosessorunu təqdim edib..

MediaTek şirkəti flaqman smartfonlar üçün nəzərdə tutulmuş yeni Dimensity 9000+ prosessorunu təqdim ..


Apple yaxın gələcəkdə artırılmış reallıq cihazını təqdim edə bilər..

Apple şirkətinin yaxın gələcəkdə qarışıq reallıq (AR + VR) cihazını satışa çıxardacağı barəsində məl..


Həvəskar blogger PS5-in 20 mm-lik qalınlığa sahib qeyri-rəsmi Slim versiyasını y..

İstifadəçilərin bir hissəsinin PS5-i aldığı, digər hissəsinin isə PS5 Slim ilə PS5 Pro-nu gözlədiyi ..

×