
Qualcomm-un yeni subflaqman prosessoru barəsində məlumatlar verilib
Elm & Texnologiya
05.02.2024
Emil
Digital Chat Station ləqəbli məşhur insayder Qualcomm şirkətinin SM8635 kataloq nömrəsinə sahib yeni prosessoru barəsində məlumatlar verib. İnsayder bildirib ki, sözügedən yeni prosessor 4 nanometrlik texnoloji proses əsasında istehsal ediləcək və ona sahib olacaq smartfonlar AnTuTu bençmarkında ümumilikdə 1.7 milyon xal toplayacaqlar. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 8+ Gen 2 prosessoru məhz bu cür performans göstəricisinə sahibdir. Məlumatda qeyd edilib ki, SM8635 kataloq nömrəsinə sahib yeni prosessor özündə 2.9 GHz tezlikdə çalışan Cortex-X4 nüvəsini və Adreno 735 qrafik çipini birləşdirəcək. Qualcomm-un bu yeni subflaqman prosessorunu nə zaman təqdim edəcəyi bilinmir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
