
Qualcomm yeni prosessorlarının təqdimatını anons edib
Elm & Texnologiya
11.03.2024
Emil
Qualcomm şirkəti yeni təqdimat tədbirini anons edib. Şirkətin rəsmi anonsuna əsasən yeni təqdimat tədbiri 18 mart tarixində Çində baş tutacaq. Təbii ki, şirkət baş tutacaq təqdimat tədbiri çərçivəsində öz yeni prosessorlarını təqdim edəcək. Tədbirdə hansı prosessorların təqdim olunacağı barəsində məlumat verilməyib. Lakin çox güman ki, söhbət, Snapdragon 8s Gen 3 və Snapdragon 7+ Gen 3 prosessorlarından gedir. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən bu hər iki prosessor Snapdragon 8 Gen 3 flaqman prosessorun arxitekturasına sahib olacaq.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
