
Qualcomm yeni subflaqman prosessor üzərində çalışır
Elm & Texnologiya
26.01.2024
Emil
Qualcomm şirkəti bu il Snapdragon 8 Gen 4 flaqman prosessorunu təqdim edəcək. Hələ keçən il şirkət elan etmişdi ki, 2024-cü ildə təqdim olunacaq flaqman prosessorda ARM-in Cortex nüvələri əvəzinə Qualcomm-un Nuvia Phoenix adlı fərdi nüvələri istifadə ediləcək. Təbii ki, söhbət, məhz Snapdragon 8 Gen 4 prosessorundan gedir. İndi isə insayderlər bildiriblər ki, Qualcomm Nuvia nüvələrinə sahib daha bir prosessor üzərində çalışır. Məlumatda qeyd edilib ki, SM8625 model nömrəsinə sahib ikinci prosessor daha ucuz başa gələcək və olduqca performanslı olacaq. İnsayderlərin sözlərinə əsasən hazırlanan subflaqman prosessorun CPU tərəfi Snapdragon 8 Gen 2-dən daha güclü, qrafik çipi isə Snapdragon 8+ Gen 1 səviyyəsində olacaq. Çox güman ki, bu subflaqman prosessor Snapdragon 7 seriyası çərçivəsində təqdim olunacaq.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
