Logo
    main-post-cover

    Qualcomm yeni subflaqman prosessorlar üzərində çalışır

         MediaTek şirkətinin mobil prosessorlar bazarındakı uğurları Qualcomm-u cavab məhsullar hazırlamağa məcbur edir. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Qualcomm hal hazırda iki yeni subflaqman prosessor üzərində çalışır. Hazırlanan yeni subflaqman prosessorlar TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında istehsal olunacaqlar. Onlardan biri SM7675 model nömrəsinə sahibdir.
         Model nömrəsindən belə qənaətə gəlmək olar ki, sözügedən prosessor Snapdragon 7+ Gen 2-nin (SM7475) davamçısı olacaq. Çox güman ki, yeni prosessor Snapdragon 7+ Gen 3 adını əldə edəcək. Hazırlanan ikinci subflaqman prosessora gəldikdə isə o, SM8635 model nömrəsinə sahibdir. Çox güman ki, bu prosessor Snapdragon 8 Gen 3-ün (SM8650) bir qədər sadələşdirilmiş versiyası olacaq və Snapdragon 8s Gen 3 adını əldə edəcək. Sözügedən yeni subflaqman prosessorların artıq gələn il təqdim olunacaqları gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Qualcomm yeni subflaqman prosessorlar üzərində çalışır | Technote