main-post-cover

    'Razer' istehsalı smartfonun ilkin fotosu sızdırıldı

    16.10.2017
    Farid Pardashunas
    Keçən həftə paylaşdığımız xəbərdə məlum oldu ki, kompüter aksessuarları istehsalçısı “Razer”, 1 Noyabr tarixində öz smartfonunu təqdim edəcəyi xüsusi tədbir keçirdəcək.
    Qeyd etmək lazımdır ki, bundan öncə nə vaxtsa sözügedən şirkət, Razer Edge Pro adlı planşeti artıq təqdim etmişdi. Lakin o, çox da böyük məşhurluq qazanmadı. “Razer”in ilk smartfonunun texniki göstəriciləri haqqında məlumatlar artıq yayılıb. Sıra gəldi ilk fotolara. İlk fotonu yayan şəxs, oyun sənayesində çalışan insayderlərdən biri olub.

    Onun sözlərinə görə hələ təqdim olunmamış smartfon, müxtəlif mobil oyunları test etmək üçün ona verilib. Bu inandırıcı səslənir. Belə ki, bu smartfon ilk növbədə gamerlər üçün nəzərdə tutulacaq. O, 5.7 inç QHD ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 8 GB RAM, 64 GB daxili yaddaş, 12 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunacaq. Smartfon Android əməliyyat sistemi vasitəsilə çalışacaq.
    Linki kopyala