
Razer Phone 2 gamer smartfonu Geekbench testindən keçdi
Elm & Texnologiya
07.09.2018
Emil
Yay fəslində Razer şirkəti Razer Phone 2 gamer smartfonu üzərində
çalışdığını təsdiqləmişdi. Geekbench bençmark saytındakı məlumatlara əsasən
şirkət artıq sözügedən smartfonun prototipini test edir. Razer Phone 2 bu ilki
gözləntilərə əsasən flaqman özəlliklərə sahibdir. Beləliklə smartfon 8 nüvəli
Snapdragon 845 prosessoru və 8 GB RAM ilə təchiz olunub. Geekbench-də testdən
keçmiş versiya Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Lakin
satışa çıxdığı vaxtda smartfon birbaşa Android 9.0 Pie əməliyyat sisteminə
sahib ola bilər. Geekbench nəticələrinə əsasən Razer Phone 2 birnüvəli testdə
2026 xal, çoxnüvəli testdə isə 8234 xal toplayıb. Hal hazırda olan məlumatlara əsasən
Razer Phone 2 bu ilin sonunadək satışa çıxacaq. Smartfon Xiaomi Black Shark və
ASUS ROG Phone smartfonları ilə rəqabət apara bilər.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
