Razer Phone 2 gamer smartfonunun təqdimat tarixi rəsmi olaraq məlum oldu

Razer Phone 2 gamer smartfonunun təqdimat tarixi rəsmi olaraq məlum oldu

Texnologiya
15.09.2018 PAYLAŞIM

    Razer şirkəti rəsmi olaraq Razer Phone 2 gamer smartfonunun təqdimat tarixini elan etdi. Beləliklə Razer Phone 2 flaqman modeli 10 Oktyabr tarixində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, Razer şirkətindən bir gün qabaq Google şirkəti öz təqdimat tədbirini keçirdəcək və həmin tədbirdə yeni Pixel smartfon modellərini təqdim edəcək. Bir sıra məlumat sızıntılarına əsasən Razer Phone 2 xarici görünüşcə əvvəlki modeldən heç də fərqlənməyəcək. Bunu həmçinin şirkətin paylaşdığı poster də təsdiqləyir. Məlumata əsasən Razer Phone 2 QHD keyfiyyətli və 120 GHz dəstəkli 6 inç ekranla təchiz olunacaq. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 845 prosessoru, 6/8 GB RAM və 256/512 GB daxili yaddaşa sahib olacaq. Smartfonda həmçinin Chroma LED diod işıq texnologiyası olacaq. Həmin texnologiya smartfonun arxa panelindəki şirkət loqosuna tətbiq olunacaq.

 

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..

×