Reaktiv mühərrikə sahib Jetson adlı sörfinq taxtası təqdim edilib (VİDEO)

Reaktiv mühərrikə sahib Jetson adlı sörfinq taxtası təqdim edilib (VİDEO)

Texnologiya
07.11.2022 PAYLAŞIM

    Floridadan olan Jetson Surf Technology adlı startap reaktiv mühərrikə sahib sörfinq taxtasını təqdim edib. Jetson adını əldə etmiş prototip dörd sürət rejiminə sahibdir və dördüncü rejim çərçivəsində sörfinq taxtası saatda 10 km sürət yığa bilir. Bu isə öz növbəsində bu su idman növünün həvəskarları üçün yeni imkanlar yaradır. Sözügedən sörfinq taxtası epoksid qətrandan hazırlanıb və o özündə dəyişdirilə bilən 4 ədəd üzgəci və 9 kq-a qədər itələmə qüvvəsini təmin edən reaktiv mühərriki birləşdirir. Mühərrik taxtanın gövdəsinə yerləşdirilmiş və su keçirtməyən sensorlu panel vasitəsilə işə salınır.


    İstifadəçi öz istəyinə əsasən həmin sensorlu paneldə dörd sürət rejimindən birini seçə bilər. Bu sörfinq taxtası saatda 3 km-dən 10 km-ə qədər sürət yığa bilir. Saatda 3 km sürət rejimində mühərrik öz maksimal gücünün 25%-ni işə salır. Saatda 10 km sürət rejimində isə mühərrik öz maksimal gücünün 100%-ni işə salır. Sörfinq taxtasında dörd sürət rejiminin reallaşdırılmasının əsas məğzi ondan ibarətdir ki, aşağı sürət avarçəkmə və ya güclü su axınının gözlənməsi vəziyyətində istifadəçiyə yardımçı ola bilər. Yüksək sürət isə öz növbəsində istifadəçiyə dalğaları keçməkdə və onları tutmaqda yardımçı olur.

Jetson

    Məlumatda qeyd edilib ki, mühərrikin maksimal gücünün aktivləşdirilməsi zamanı o, 12 saniyə ərzində çalışır. İstifadəçi bu halda fərdi şəkildə sürəti aşağı salmasa və ya ümumiyyətlə mühərriki söndürməsə, mühərrik ilk növbədə avtomatik şəkildə öz gücünü 75%-ə endirəcək və 100 saniyə ərzində çalışacaq. 100 saniyənin tamamında isə mühərrik sönəcək. Mühərrikin maksimal gücünün 25% və ya 50%-nin istifadəsi halında o, 100 saniyə ərzində çalışacaq. Indiegogo saytında sözügedən sörfinq taxtasının 2 metr, 2.4 metr 2.7 metr uzunluğunda olan versiyalarından birini ön sifariş etmək olar. Sörfinq taxtasının qiyməti 4950$-dan başlayır və alıcılara gələn ilin iyun ayında çatdırılacaq.



DAHA ÇOX


Redmi Buds 5 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 13 smartfonları ilə yanaşı həmçinin Redmi Buds 5 adlı yeni naqilsiz qulaqlığ..


Almaniya Huawei və ZTE-nin 5G təchizatlarından istifadəni dayandırmağı planlaşdı..

Almaniyanın Daxili İşlər Nazirliyi ölkənin mobil 5G şəbəkələrində Huawei və ZTE şirkətlərinin istehs..


Çin ABŞ-ı Huawei texnologiyalarının oğurlanmasında günahlandırıb

Çinin Dövlət Təhlükəsizlik Nazirliyi ölkədə məşhur olan WeChat platforması üzərindən bildirib ki, Hu..


Snapdragon 8 Gen 3 for Galaxy prosessoru Apple A17 Pro-dan daha performanslı ola..

Qualcomm şirkəti gələn ayın sonunda Snapdragon 8 Gen 3 prosessorunu təqdim edəcək.


Samsung Galaxy Buds FE naqilsiz qulaqlığının yeni fotoları və məlumatları təqdim..

Artıq məlumdur ki, Samsung şirkəti Galaxy Buds FE adlı yeni naqilsiz qulaqlıq üzərində çalışır...


Huawei təkmilləşdirilmiş Face ID texnologiyasını patentləşdirib

Huawei şirkətinin yeni patenti mobil cihazlarda istifadəçi üzünün skanı üçün nəzərdə tutulmuş təkmil..

×