
Realbotix şirkəti Henry adlı cinsi münasibət robotunu təqdim etdi (VİDEO)
Elm & Texnologiya
05.04.2018
Emil
İngiltərənin Realbotix adlı şirkəti
Henry adlı cinsi münasibət robotunu təqdim etdi. Bu robotun üstünlükləri
arasında təkcə seksual davranış deyil həmdə bayağı zarafatlar etmək və xoş sözlər
demək var. Bu barədə Daily Mail saytı xəbər verib. Henry robotunun standart
versiyası, 6 kq çəkiyə, 1.8 metr hündürlüyündə boya, qara saçlara, qara gözlərə
və 6 kubik qarın əzələsinə sahibdir. Komplektləşdirmədən asılı olaraq robotun
bu versiyasının qiyməti 11.000-15.000$ təşkil edir.
Əlavə ödəniş qarşılığında
şirkət alıcının istəyinə uyğun olaraq tobotun istənilən parametrini dəyişə bilər.
Henry öz istifadəçisinin sevdiyi mahnıları sitat gətirə, ona xəbərləri danışa,
onunla film və yeni dedi-qoduları müzakirə edə və onunla çoxlu zarafat edə bilər.
Şirkətin verdiyi məlumata əsasən onun əsas hədəfi qadınlara özlərini yalnız
hiss etməmələrini yaşatmaqdır. Təbii ki, nəzərə almaq lazımdır ki, Henry tam
süni zəka deyil. O, müəyyən şablon tapşırıqları yerinə yetirmək üçün
proqramlaşdırılmış bir kukladır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
