
Realme 15 000 mAh tutumlu smartfon batareyasını təqdim edib
Elm & Texnologiya
27.08.2025
Emil
Realme şirkəti özünün 7 illik yubileyi münasibətilə sənayedə yeni standartlar müəyyən edən inqilabi yenilik təqdim edib: 15 000 mAh tutumlu və rekord enerji sıxlığına malik smartfon batareyası. İstehsalçının qeyd etdiyi kimi, 15 000 mAh tutumlu və rekord enerji sıxlığına malik bu yeni smartfon batareyası mühəndislik nailiyyəti olmaqla, sahə üzrə yeni standartlar müəyyən edir. Belə nəticəyə 100% silisium anod sayəsində nail olunub və bu, 1200 Vt·s/l həcmində misilsiz sıxlıq təmin edib - bu, indiyədək smartfonlarda tətbiq edilmiş ən yüksək göstəricidir. Bu, yüksək tutum saxlanılmaqla elementin kompakt ölçülərinin qorunmasına və smartfonun 4 günədək şarj edilmədən işləməsinə, təxminən 18 saat video çəkilişinə və 53 saata qədər video izləməyə imkan yaradıb. Lakin Realme 15 000 mAh-lıq batareyaya sahib smartfonun nə zaman satışa çıxacağını açıqlamayıb.

Paylaş