Logo
    main-post-cover

    Realme 320 vatt gücündə sürətli şarj texnologiyasını təqdim edib

    Elm & Texnologiya
    14.08.2024
    Emil
         Realme şirkəti Çində keçirmtiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni sürətli şarj texnologiyasını təqdim edib. Şirkətin yeni sürətli şarj texnologiyası realme SuperSonic Charge adlanır. Məlumata əsasən bu yeni texnologiya 2 il ərzində hazırlanıb. Realme SuperSonic Charge texnologiyası 320 vatt gücündədir. Şirkət bildirib ki, sözügedən sürətli şarj texnologiyası sayəsində 4420 mAh-lıq batareya 26% enerjini 1 dəqiqəyə, 50% enerjini 2 dəqiqədən az müddətə, 100% enerjini isə 4 dəqiqə 30 saniyəyə yığır. Bu cür şarj texnologiyası üçün realme şirkəti qatlanan xüsusi batareya hazırlayıb. Batareyanın daxili strukturu elə qurulub ki, hansısa nasazlıq halında yüksək cərəyan batareyadan izolyasiya edilmiş şəkildə qalır. Realme SuperSonic Charge texnologiyasının kütləvi şəkildə nə zaman istifadəyə veriləcəyi barəsində bir məlumat verilməyib. Lakin çox güman ki, onun smartfonlarda dəstəyini 2025-ci ildən tez gözləmək lazım deyil.
    Paylaş