Reburfished telefon nədir və almaq olarmı?

Reburfished telefon nədir və almaq olarmı?

Texnologiya
03.11.2017 PAYLAŞIM

Reburfished telefon nədir?


Termin olaraq bu sözə nəzər yetirdikdə, istehsaldan sonra istifadə zamanı baş vermis hər hansı texniki və ya fiziki zərərə görə bərpa olunması üçün zavoda geri göndərilən cihaz kimi bir izah ilə qarşılaşırıq. Amma sadəcə zərəri olan telefonlara reburfished telefon deyilmir. Bəzən hər hansı istifadəçinin bağladığı müqaviləyə əsasən geri qaytardığı telefon da reburfished adlanır. Satışa çıxarılmazdan öncə bütün reburfished telefonlar ciddi yoxlanılmadan keçirilir və tam bərpa olunaraq yola salınır.

 

Reburfished telefonlarla normal telefonlar arasındakı fərqlər nələrdir?

Nəzəri cəhətdən hər iki telefon arasında həm daxili sistem, həm də fiziki detal olaraq fərq yoxdur. Fərqlər telefonun kassasında bir sıra cızıq və əziklərlə bilinə bilər. Hər iki telefonun sistemi eyni olur və versiyadan asılı olaraq telefon performans göstərir. Məsələn, normal telefonda olan Android və ya iOS versiyası ilə eyni olan reburfished telefon arasında nə sürətdə, nə performansda, nə kamerasında, nə batareya ömründə çox kiçik belə fərq olmur. Ən böyük fərqlər qutulaşması, qiyməti və kassasında olan fiziki qüsurlardır. Bu qüsurlar isə telefonun hansı cəhətdən reburfished olunmasından asılıdır. Reburfished telefonların imei kodları fərqli deyil, yəni ilk seriya telefonlar arasında belə reburfished olunmuş telefonlar mövcuddur.

 

Reburfished olunmuş telefonların üstün və mənfi cəhətləri

Reburfished olunmuş telefonların normal telefonlardan heç bir fərqi yoxdur. Amma hər bir halda onların da üstün və mənfi cəhətləri vardır.
Üstün cəhətləri:

  • Bu telefonlar hər hansı bir səbəbdən istehsalçıya geri göndərilir və istehsalçı daha dəqiq, keyfiyyətli yoxlamalar ilə onu bərpa edib satışa buraxır. Bu o deməkdir ki, reburfished telefonlarda sonradan problem yaranma ehtimalı normal telefonlardan daha azdır.
  • Bu telefonlar normal telefonlardan daha ucuz olur. Əgər siz brend şirkətlərin telefonlarına üstünlük verirsinizsə, onda bu sizin cibinizə daha uyğundur. İri şirkətlərdən biri olan Apple öz saytında bu tip telefonların satışını həyata keçirir. Hətta saytında mövcud olan telefonların yeni telefonlardan heç bir fərqi olmur. Bundan başqa Amazon, Ebay kimi müxtəlif saytlardan da reburfished telefonları uyğun qiymətə tapa bilərsiniz.
  • Reburfished telefonlara verilən zəmanət digərlərindən fərqli olur. Belə ki, əgər yenidən problem yaranarsa, istifadədən asılı olmayaraq ya yenisi ilə əvəz edilir, ya da tam ödəniş geri qaytarılır.
Mənfi cəhətləri:
  • Reburfished olunma səbəbindən asılı olaraq qutusu normal telefonlardan fərqli ola bilər. Belə ki, qutudan hər hansı əlavə detal çıxmaya bilər. Bu əsasən qulaqcığın olmaması ilə müşaiyət olunur. Lakin belə hallar daha çox cihazın bəyənilməyərək geri qaytarılması halında baş verir. Bu mobil operatorlarla bağlanan müqavilələrdən asılıdır.
  • Cihazın kassasında cızıq və ya kiçik əzikliklər ola bilər.

Reburfished olunmuş telefon almaq olarmı?

Reburfished telefonlar büdcə üçün çox sərfəlidir. Satılma mənbələrinə diqqətlə nəzər yetirməklə reburfished telefonlar almaq olar. Rəsmi saytlardan alınan telefonların yenidən fərqi olmur və bütün funksiyaları tam işləyir. Bəzi hallarda reburfished telefonlar normal telefonlardan daha sürətlə satılır. Təbii ki, bu da markadan asılıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×