
Red Magic Mini gaming monitoru təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
23.11.2023
Emil
Nubia şirkəti Red Magic Realm-dan əlavə olaraq daha bir gaming monitorunu təqdim edib. Söhbət, Red Magic Mini-dən gedir. Red Magic Realm-dan fərqli olaraq Red Magic Mini yastı ekranı əldə edib. Beləliklə Red Magic Mini 160 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 27 düym mini-LED ekranla təchiz olunub. Ekran sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun 99%-ni və AdobeRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor üstəlik özündə Free-Sync və G-Sync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort, USB 2.0, USB 3.0 və USB-C girişlərinə sahibdir. Red Magic Realm-da olduğu kimi Red Magic Mini-də də USB-C vasitəsilə digər cihazları şarj etmək mümkündür və bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. Monitorun gələn ay satışa çıxacağı gözlənilir. Onun qiyməti isə 775$ təşkil edəcək.

Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Red Magic Realm gaming monitoru təqdim edilib - QİYMƏTİ
Nubia şirkəti Red Magic 9 Pro smartfon seriyası ilə yanaşı həmçinin Red Magic Realm adlı gaming monitorunu da təqdim edib.

Cihazlar+
Nubia Red Magic 9 Pro və Magic 9 Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ
Nubia şirkəti Çində keçirtmiş olduğu təqdimat tədbiri çərçivəsində Red Magic 9 Pro və Red Magic 9 Pro+ smartfonlarını təqdim edib.

Cihazlar+
Nubia Red Magic 9 Pro-nun hansı gücdə sürətli şarj texnologiyasını əldə edəcəyi rəsmi şəkildə məlum olub
Artıq 23 noyabr tarixində Nubia şirkəti Red Magic 9 Pro flaqman smartfonunu təqdim edəcək.

Cihazlar+
Nubia Red Magic 9 Pro+ smartfonunun unboxing videosu ortaya çıxıb (VİDEO)
Nubia şirkətinin Magic 9 Pro gaming smartfonunun təqdimatına sayılı günlər qalmış Youtube bloggerlərindən birinin əllərinə Magic 9 Pro+ modeli düşüb.

Cihazlar+
Nubia Red Magic 9 Pro-nun batareya həcmi məlum olub
Nubia şirkəti 23 noyabr tarixində Red Magic 9 Pro gaming smartfonunu təqdim edəcək.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
