
Red Magic Realm gaming monitoru təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
23.11.2023
Emil
Nubia şirkəti Red Magic 9 Pro smartfon seriyası ilə yanaşı həmçinin Red Magic Realm adlı gaming monitorunu da təqdim edib. Əyilmiş dizaynda reallaşdırılmış bu monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 5120x1440 piksel keyfiyyətli 49 düym QD-OLED ekranla təchiz olunub. Qeyd etmək lazımdır ki, sözügedən ekran Samsung tərəfindən hazırlanıb. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. O, DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir və Free-Sync ilə G-Sync texnologiyalarının dəstəklərinə sahibdir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4 və USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür və bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. Monitora həmçinin 5 vatt gücündə olan səsgücləndiricilər quraşdırılıb. Red Magic Realm gələn ay 1268$ qiymətində satışa çıxacaq.
Paylaş