
Reddit platformasında Bitcoinlə bağlı 2025-ci ildən bizə göndərilən qəribə mesaj
Elm & Texnologiya
27.11.2017
Emil
Aşağıda yazılmış mətn Reddit
saytında 4 il bundan öncə Luka Magnotta adlı istifadəçi tərəfindən dərc
olunmuşdur. Daha sonra həmin istifadəçi bir də ortaya çıxmadı. Günümüzdə bu mətn
barəsində müzakirələr kriptovalyutaların gələcəyi haqqında diskussiyalar zamanı
aparılır.

Mən, sizdən fəaliyyətinizi
dayandırmaq xahişi ilə gələcəkdən gəlmişəm. Bu müraciəti mən 2025-ci ildən göndərirəm.
Burda vəziyyət bərbaddır və buna cavabdeh sizlərdən biridir. Əgər siz mənə
inanmırsınızsa, onda mətni oxumağa davam etməyə bilərsiniz. Mən özümü
adlandırdığım adam olduğum barədə edə biləcəyim sübut yoxdur. Sizin vaxtınızı
almamaq üçün əsas məsələyə keçirəm. Hər il bitcoinin qiyməti ortalama olaraq 10
dəfə artırdı. 2010-cu ildən 0.1$-dan
2011-ci ildə 1$-a kimi,
2012-ci ildə 10$-a
kimi, 2013-cü ildə isə 100$-a
kimi yüksəlmişdir. Daha sonra temp biraz ləngidi və hər iki il ərzində onun
qiyməti 10 dəfə yüksəldi.
2015-ci ildə 1000$-a kimi, 2017-ci ildə 10.000$-a kimi, 2019-cu ildə 100.000$-a kimi, 2021-ci ildə isə milyon dollara kimi yüksəldi. Bu göstəricidən
sonra bitcoinin dəyərini dollarla ölçmək mənasızlaşdı. Çünki artıq dollardan
istifadə olunmurdu, mərkəzi banklar isə pul çap etmək fəaliyyətini
dayandırmışdılar. Bugün zənginlik 2 əsas formada mövcuddur: Torpaq və
kriptovalyuta. Dövriyyədə 9 milyondan bir qədər çox bitcoin var, bir neçə yüz
min bitcoin həmişəlik itirilmiş və Yer kürəsində hələ də 7 milyard əhali
yaşayır.
Ortalama hər bir insanın payına nəzəri
olaraq 0.003 bitcoin düşür, reallıqda isə firavanlığın bərabər olmayan
paylanması nəticəsində hər bir insanın payına 0.001 bitcoin düşür. Bəli bunu
oxuyanlardan bir çoxları artıq varlıdırlar. Mənim qonşuluğumda xoşagəlməz bir şəxs
yaşayırdı. 2 il bundan öncə o, Reddit saytındakı köhnə səhifəsinə daxil olaraq
aşkar etdi ki, hələ 2013-cü ildə onun 16 yaşı olarkən o, kimisə homoseksual
adlandırdığı üçün 0.001 bitcoin əldə etmişdir. Bunu aşkar edəndən sonra o, təyyarə
bileti alaraq heç kimlə sağollaşmadan istinadgaha yollandı.
“İstinadgah nədir?” – deyə siz
sual verə bilərsiniz. Bitcoinin qiyməti 1000$-a qalxandan sonra bitcoinə sahib
olan varlıları və onların aktivlərini qorumaq üçün müxtəlif təhlükəsizlik xidmətləri
yaranmağa başlandı. Hər şey seyflərdən başlandı, daha sonra cangüdənlər
yarandı, bugün isə erkənlər (digərlərindən daha əvvəl kriptovalyutalar ilə məşğul
olan insanlar) var.
Öz sərvətlərinin keçid dövrünü geridə qoya bilən varlı şəxslər
istinadgahda yaşayırlar. Bu yerlər qalan dünyadan izolə olunmuş və yüksək səviyyədə
robotlaşdırılmış yerlərdir. İstinadgahlardan çoxları bitcoin mining-i ilə məşğul
olan maşınların qorunması üçün inşa edilən tikililərin yerində yaranmışdır. Məsələn
sizin “ASICminer” kimi tanıdığınız şirkəti mən şəhər kimi tanıyıram.
Yaxın zamanda sizin də mövcud
olacağınız mənim dünyamda hökumətlər öz varlığına son qoydular. Belə ki,
bitcoinin anonim tranzaksiyası ucbatından hökümətlər vətəndaşlardan effektiv şəkildə
vergiləri almağa davam edə bilmədilər. Bitcoinin uğuru əsasən ona görə müəyyənləşdi
ki, o, var-dövləti hökumətdən effektiv şəkildə gizlətmək üsulunu təklif etdi.
Əgər bundan öncə Lüksemburq, Monako və Lixtenşteyn kimi separatçı ölkələrdə
gizlənərək öz sərvətlərini dövlətin gözündən yayındırmaqda olan insanların yerlərini
təyin etmək üçün onların ardınca dronlar göndərilirdisə, bitcoin vasitəsilə öz
vəsaitlərini gizlətməyə başlanandan sonra hökümətlər buna cavab üsulu tapa bilmədilər.
Mənim olduğum müasir cəmiyyətdə bu oyunda qalmaq üçün hökumətlər bitcoinləri almağa başladılar. Lakin bu üsul vəziyyəti daha da qəlizləşdirdi. Belə ki, nəticədə bitcoinin qiyməti daha da qalxdı. Təbii ki, hökumətlər bunu gizli şəkildə edirdilər. Mənim dövrümün “Snowden”ləri isə sadəcə olaraq acgöz dövlət işçiləri idi. Onlar bitcoinləri öz şəxsi hesablarına keçirtdilər və pul ödədiyin təqdirdə sənə suallar verilməyən anarxist ərazilərdə yox oldular. Bitcoinin var olan böyük aktivləri bugün 4 əsas hissəyə aiddir:
- ASICminer: 50.000 bitcoin
- Valyutanın stabilizasiya fondu:
70.000 bitcoin
- Səudiyyə Ərəbistan hökuməti:
110.000 bitcoin
- Şimali Koreya hökuməti: 180.000
bitcoin.
İqtisadi artım ildə 2% təşkil
edir. Nəyə görə belə? Çünki əgər siz 0.01 bitcoindən çoxuna sahibsinizə, deməli
siz böyük ehtimalla öz pullarınızla heçnə etmirsiniz. İnflyasiya olmadığından nəyəsə
investisiya yatırmaq stimulu da yoxdur. Orta əsrlərdə rifahın vəziyyəti qızılın
olması ilə ölçüldüyü üçün ciddi iqtisadi artım olmadığı kimi bizim cəmiyyətimizdə
də iqtisadi artım yoxdur. Çünki insanlar bilirlər ki, 0.01 bitcoin onların
ömürlərinin sonuna kimi kifayət edəcək.
Dünyanı kollapsdan qoruyan əsas məsələ
isə yeni bitcoinlərin yaranmasıdır. Lakin insanlar qorxurlar ki, növbəti
halving prosesi zamanı inflyasiyanın yeni enişi bizim iqtisadiyyatımızın
çöküşünə səbəb olacaq. Winklevoss əkiz qardaşlarının aqibəti nə oldu? Əkiz
qardaşlar məhv olan ilklərdən oldular. Cəmiyyətin strukturu parçalanmağa
başlayan zaman bitcoinin böyük sahiblərini və kriptovalyutanın inkişafında
hansısa üsulla əlaqəsi olan şəxsləri izləyərək məhv edən terror qruplaşmaları
yarandı. Paradoksal səslənsə də öz əməliyyatlarının maliyyələşdirilməsi üçün
terrorçular bitcoinlərdən istifadə edirdilər.
Yüksək miqdarda bitcoinə sahib
olan insanlar öz dostları və ailə üzvləri ilə əlaqələri kəsmişdilər. Belə ki,
onlar öz şəxsiyyətlərini dəyişdirməli oldular. Hökumətlərin bitcoinləri
almaları xəbərləri barəsində şaiyələrin yaranmasından sonra da bitcoinin məhv
olmasını gözləyən skeptik insanlarla nə baş verdiyini görən bəzi insanlar isə
suiqəsd edərək öz həyatlarına son qoydular. Bir çox bitcoin sahibləri girov
kimi saxlanılırdı və belə bir güman var ki, həmin bitcoin varlıları məhz
oğurlanmış insanlara işgəncə verərək onların şifrələrini oğurlayan insanlardır.
Nəyə görə biz bitcoindən imtina etməyərək digər sistemə keçmədik?
Biz çalışdıq. Biz inflyasiya
kriptovalyutasına keçməyə çalışdıq. Lakin IQ göstəricisi 70-dən yuxarı olan heç
kim onlardan istifadə etmək istəmədi. Sizin sərvətinizin mütəmadi olaraq
azalacağı bir kriptovalyutaya könüllü şəkildə pul yatırmaq nəyə lazımdır? Bitcoinə
uğur qazandıran özəllik həmçinin cəmiyyət üçün təhlükə yaratdı. Bitcoin bizlərə
acgözlük günahına batmağa imkan verdi. Afrikadakı insanlar arasında aparılmış
sorğu məlumatlarına əsasən 70% insan hesab edir ki, bitcoini şeytan yaradıb.
Afrikalılar üçün bu hələ də ağır mövzudur və onu yada salan zaman onlar bu
mövzunu böyük faciə adlandırırlar. Afrika İttifaqı öz vətəndaşlarının bitcoinə
keçidi üçün sivil plana sahib idi. Belə ki, ittifaq vətəndaşlara unikal dövlət
identifikatorları ilə əlaqəli olan pulsuz mobil telefonlar paylamışdı. Beləliklə
kriptovalyutanın iqtisadiyyata inteqrasiyası baş verəcəkdi. İlk başlarda hər
şey yaxşı gedirdi. Lakin sonradan faciə baş verdi.
Güman ki, Rusiya Federasiyasından
olan kriminal təşkilat dövlət tərəfindən pulsuz paylanmış mobil telefonların
sistem boşluqlarından istifadə edərək 48 saat ərzində Afrika qitəsinin 60% əmanətinə
sahib oldu. Bu hadisədən sonra vətəndaş müharibəsi dövrü başladı. Həmin müharibə
və xaosa yalnız Səudiyyə Ərəbistan və Şimali Koreya son qoydu. Bu iki ölkə
bitcoin problemini avtoritar siyasət vasitəsilə həll etdi. Afrikanı öz
aralarında bölən bu ölkələri yerli vətəndaşlar günümüzədək tərifləyirlər.
Bizim planımızın nədən ibarət
olduğunu bilmək istəyirsiniz? Görünür, dünyada olan hazırki vəziyyəti nüvə
müharibəsiz həll etmək qeyri-mümkündür. Mən, internetin öz infrastrukturuna qarşı
koordinasiyalı hücum hazırlayan gizli şəbəkəyə daxil oluram. Biz 20 ədəd sualtı
nüvə qayıqlarının idarəetməsinə sahibik. Onların vasitəsilə biz qitələrarası
sualtı kabellərə zərər vuracağıq. Bundan sonra biz eyni anda bütün dünyada olan
sıx yaşayış ərazilərini impuls nüvə silahları ilə vuracağıq. Biz inanırıq ki, nəticədə
yaranacaq xaos sayəsində insanlar ayağa qalxacaq. Biz, bitcoinin öz dəyərini
itirənə kimi bütün kompüterləri məhv edəcəyik.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
