Redmi 10X və Redmi 10X Pro smartfonları təqdim olunub - QİYMƏTİ

Redmi 10X və Redmi 10X Pro smartfonları təqdim olunub - QİYMƏTİ

Texnologiya
27.05.2020 PAYLAŞIM

    Redmi brendi Redmi 10X Redmi 10X Pro smartfon modellərini təqdim edib. Bu smartfonlar Redmi brendinin MediaTek Dimensity 820 prosessorunu əldə etmiş ilk smartfonlarıdır. Hər iki smartfon xarici görünüşcə eynidir və bir-birindən bir sıra texniki özəlliklərə görə fərqlənir. Beləliklə hər iki smartfon Samsung istehsalı olan Full HD+ keyfiyyətli 6.57 düym AMOLED ekrana sahibdir. Ekranın yuxarı mərkəzində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdirilib. Barmaq izi skanı birbaşa ekrana inteqrasiya edilib.


    Redmi brendi qeyd edib ki, smartfonların ekranları HDR10+ standartını dəstəkləyirlər. Hər iki smartfonun gövdəsi IP53 standartı üzrə tozdan və sudan qorunmaya sahibdir. Texniki özəlliklərə gəldikdə isə Redmi 10X modeli 5G dəstəkli 8 nüvəli MediaTek Dimensity 820 prosessoru, 6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş həcmi, 48 MP + 8 MP (f/2.2 diafraqma, 119 dərəcə bucaq təsviri) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 16 MP-lik ön kamera və 22.5 vatt gücündə sürətli şarj texnologiyalı 4520 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Redmi 10X Pro modeli isə 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP + 8 MP (f/2.2 diafraqma, 119 dərəcə bucaq təsviri) + 5 MP (f/2.4 diafraqmalı makroobyektiv) + 8 MP (3 qat optik zoom, 5 qat hibrid zoom, 30 qat rəqəmsal zoom) dördlü arxa kamera, 20 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4520 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi 10X Pro-nun daha bir fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, NFC modula sahibdir. Samrtfonlar iyunun əvvəlində Çində satışa çıxacaqlar. Onların qiymətləri isə aşağıdakı kimidir:

- 6 GB RAM-a və 64 GB daxili yaddaşa sahib Redmi 10X - 224$

- 6 GB RAM-a və 128 GB daxili yaddaşa sahib Redmi 10X - 252$

- 8 GB RAM-a və 128 GB daxili yaddaşa sahib Redmi 10X - 294$

- 8 GB RAM-a və 256 GB daxili yaddaşa sahib Redmi 10X - 336$

- 8 GB RAM-a və 128 GB daxili yaddaşa sahib Redmi 10X Pro - 322$

- 8 GB RAM-a və 256 GB daxili yaddaşa sahib Redmi 10X Pro - 364$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yapon peyki kosmik tullantıları lazer şüası vasitəsilə məhv edəcək: Bu proses ne..

Kosmik tullantılar günümüzdə olan böyük problemlərdən biridir. Alimlərin hesablamalarına əsasən Yer ..


Xiaomi-nin 120W dəstəkləyən yeni şarj adapteri sızdırıldı

Xiaomi şirkətinə məxsus 120W dəstəkləyən yeni şarj adapteri internetə sızdırıldı.


Chrome brauzeri 6 il sonra x64 bit arxitekturaya keçir: Nə dəyişəcək? (Android)..

Google şirkətinə məxsus Chrome brauzerinin Android versiyası 6 il sonra 64 bit arxitekturaya keçir...


Google şirkəti Chrome brauzerində faydalı funksiyanı reallaşdıracaq

Yeni funksiyasının testi Chrome betası çərçivəsində bir neçə həftədən sonra başlayacaq...


Xiaomi şirkəti Mi Band 5-in təkmilləşdirilmiş versiyası üzərində çalışa bilər..

Bir neçə müddət bundan öncə Xiaomi şirkəti 2 variantda Mi Band 5 fitnes qolbağını təqdim etmişdi. On..

×