main-post-cover

    Redmi 6 və Redmi 6A büdcəli smartfonları Android Pie əməliyyat sistemini əldə edəcəklər

    23.06.2019
    Farid Pardashunas
        Bu ilin aprel ayında Xiaomi şirkəti keçən ilin yay fəslində satışa çıxmış Redmi 6Redmi 6A büdcəli smartfon modelləri üçün Android Pie əməliyyat sistemi yenilənməsinin ləğv olunduğunu elan etmişdi. Lakin görünür, şirkət bu fikirdən imtina etdi. Bu barədə Gizchina saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə Redmi 6 və Redmi 6A büdcəli smartfon modelləri Android Pie əməliyyat sistemini əldə edəcəklər. MIUI interfeysinin rəsmi forumundə yenilənmənin beta mərhələsində iştirak üçün sorğu elan olunub.

        Təbii ki, sözügedən smartfonlar üçün stabil əməliyyat sisteminin işıq üzü görməsinə hələ çox zaman var. Belə ki, test mərhələsi çərçivəsində şirkət bir çox problemləri aşkar edib onları aradan qaldırmalıdır. Hər ehtimalda sevindirici haldır ki, şirkət nəticə etibarilə bu smartfon modelləri üçün əməliyyat sistemi yenilənməsindən imtina etmədi. Onu da qeyd etmək lazımdır ki, aprel ayının sonunda Redmi 6 və Redmi 6A modelləri Android 8.1 Oreo əməliyyat sistemi əsasında yeni MIUI interfeysi yenilənməsini əldə etmişdilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər