Logo
    main-post-cover

    Redmi 9 barəsində ilkin məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    19.12.2019
    Emil
        Baxmayaraq ki, Redmi 8 smartfonu 2 ay bundan öncə satışa çıxıb, insayderlər artıq onun davamçısı olacaq Redmi 9 modeli barəsində ilkin məlumatları aşkar ediblər. Beləliklə insayderlər Redmi 9-un hansı prosessora və digər texniki özəlliklərə sahib olacağı və nə zaman satışa çıxacağı barəsində məlumatları əldə ediblər. Bu barədə 91mobiles saytı xəbər verib.
        İlkin məlumata əsasən Redmi 9 smartfonu MediaTek Helio G70 prosessoru ilə təchiz olunacaq. Sözügedən smartfon büdcəli seqment üçün nəzərdə tutulacaq. Performansına görə MediaTek Helio G70 prosessoru bir neçə müddət bundan öncə istehsalatlarına start verilmiş Helio G90G90T modellərindən geri qalacaq.
        Bundan əlavə olaraq insayderlər bildiriblər ki, Redmi 9 modeli 6.6 düym ekrana, ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissəyə, 4 GB RAM-a və 64 GB daxili yaddaş həcminə sahib olacaq. Redmi 9-un digər versiyalarının da saatışa çıxacağı heç istisna deyil. Smartfonun satış tarixinə gəldikdə isə insayderlər dəqiq bir tarix göstəricisini qeyd etməyiblər. Lakin onlar qeyd ediblər ki, Redmi 9 modeli 2020-ci ilin əvvəlində satışa çıxmalıdır. 
    Paylaş
    Bənzər xəbərlər