main-post-cover

    Redmi Band fitnes qolbağının ilk rəsmi fotosu təqdim olundu

    Elm & Texnologiya
    02.04.2020
    Farid Pardashunas
        Bugün Xiaomi şirkəti öz 10 illiyi şərəfinə böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni məhsullarını təqdim edəcək. Təqdim olunacaq məhsullar arasında həmçinin Redmi brendinin ilk fitnes qolbaq modeli Redmi Band də olacaq. Təqdimat tədbirini gözləməyərək şirkət Redmi Band-in ilk rəsmi fotosunu təqdim edib. Bu barədə 4pda saytı xəbər verib.
        Beləliklə təqdim edilmiş fotodan da görmək olar ki, güman olunan adı Redmi Band olacaq cihaz qolbaq dizaynında hazırlanıb. Qolbaq rəngli ekran ilə təchiz olunacaq. Ekranın aşağı hissəsində ağ rəngli zolaq var. Çox güman ki, həmin zolaq ana səhifəyə geri dönüş özəlliyini reallaşdıracaq. Hələ ki, məlum olmayan yeganə özəllik ondan ibarətdir ki. Xiaomi Mi Band-də olduğu kimi Redmi Band-in kəmərlərini dəyişmək mümkün olacaq yoxsa yox.
        Bundan əlavə olaraq qolbağın texniki özəllikləri barəsində də məlumat verilməyib. Sadəcə olaraq güman etmək etmək olar ki, Redmi Band vastəsilə istifadəçi öz fiziki aktivliyini və smartfona gələn bildirişləri izləyə biləcək. Məlumata əsasən şirkət Redmi Band ilə birlikdə Mi Band 5-i də təqdim edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər