main-post-cover

    Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

    27.08.2019
    Emil Nəcəfov
        May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi. Beləliklə bir neçə ay keçəndən sonra onun davamçısı barəsində məlumat ortaya çıxdı. Redmi K20-nin davamçısı barəsində Redmi brendinin rəhbəri Lu Weibing danışıb. Bu barədə Gagadget saytı xəbər verib. Onun sözlərinə əsasən Redmi K30 üzərində işlərə artıq start verilib. May ayında təqdim edilmiş K20-dən fərqli olaraq K30 modeli 5G dəstəyini əldə etməlidir. Bu səbəbdən smartfonun qiyməti bir qədər baha olacaq. Lakin o, Mi Mix 5G modelindən ucuz olacaq.
        Təəssüflər olsun ki, smartfon barəsində digər bir məlumat verilməyib. Lakin güman etmək olar ki, smartfon Snapdragon 855 Plus və ya Snapdragon 865 prosessoru, OLED ekran və 4000-4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Təqribi olaraq Redmi K30-un təqdimatı gələn ilin yaz fəslində baş tutacaq. Qeyd etmək lazımdır ki, Redmi brendi hal hazırda 29 avqust tarixində baş tutacaq təqdimata hazırlaşır. Həmin təqdimatda Redmi Note 8, Note 8 Pro smartfon modelləri, Redmi televizoru və RedmiBook 14 noutbuku təqdim olunacaq.
    Linki kopyala