main-post-cover

    Redmi brendi gələn həftə baha olmayan planşet modeli təqdim edə bilər

    Elm & Texnologiya
    21.04.2020
    Farid Pardashunas
        Xiaomi şirkətinin son planşet modelinin satışa çıxmasından artıq 2 il ötüb. Bu səbəbdən də ehtimal olunurdu ki, şirkət artıq planşet istehsalı ilə məşğul olmayacaq. Lakin yeni çıxmış məlumata əsasən artıq gələn həftə Redmi brendi öz planşet modelini təqdim edə bilər. Bu barədə Techindeep.com saytı xəbər verib. Verilmiş məlumata əsasən Redmi Pad 5G adını əldə edəcək planşet modeli planşetlər üçün optimizasiya edilmiş MIUI 12 istifadəçi interfeysini əldə edəcək.
        Həmçinin məlumatda qeyd edilib ki, Redmi Pad 5G planşeti 90 Hz tezlikli təsvir yenilənməsinə sahib tam çərçivəsiz ekran, 8 nüvəli Snapdragon 765G prosessoru, 48 MP-lik arxa kamera, 30 vatt gücündə sürətli şarj texnologiyası və 4 ədəd səsgücləndirci ilə təchiz olunacaq. Adından da bəlli olduğu kimi sözügedən planşet modeli 5G şəbəkə dəstəyini əldə edəcək. Məlumata əsasən Redmi Pad 5G planşeti 283$ qiymətində satışa çıxacaq. Məlumatda qeyd edilib ki, planşet 27 aprel tarixində MIUI 12 istifadəçi interfeysi ilə birlikdə təqdim olunacaq. Buna baxmayaraq heç istisna deyil ki, ortaya çıxmış planşet fotoları nəticədə saxta olsunlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər