main-post-cover

    Redmi brendi öz ilk smart qolbağını təqdim etdi - QİYMƏTİ

    Elm & Texnologiya
    03.04.2020
    Farid Pardashunas
        Xiaomi şirkətinin Redmi brendi Mi Fan Festival tədbiri çərçivəsində özünün ilk smart qolbaq modelini təqdim etdi. Brendin ilk smart qolbağı Redmi Band adını əldə edib. Beləliklə Redmi Band smart qolbağı 1.08 düym rəngli ekran və ürək döyüntüsünü təyin edən ötürücü ilə təchiz olunub. Smart qolbağın şarj prosesi USB girişi vasitəsilə reallaşdırılır. Bununla yanaşı Redmi Band 5 növ idmanı təyin edir və istifadəçinin yuxu prosesinin monitorinqini reallaşdırır.
        Smart qolbağın çalışma müddətinə gəldikdə isə şirkətin verdiyi məlumata əsasən bir dəfə şarj olunandan sonra Redmi Band 14 gün ərzində çalışa bilər. Qeyd etmək lazımdır ki, Redmi brendinin ilk smart qolbaq modelində NFC modul yoxdur. Redmi Band 9 aprel tarixində 14$ qiymətində satışa çıxacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Xiaomi Mi Band 4 fitnes qolbağı Çində 21$-a satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər