main-post-cover

    Redmi brendi özünün fitnes qolbaq modelini hazırlayır

    Elm & Texnologiya
    27.01.2020
    Farid Pardashunas
        Keçən ilin noyabr ayında Redmi brendinin rəhbəri Lu Weibing qeyd etmişdi ki, Redmi də öz smart saat modeli üzərində çalışır. Lakin indi bir sıra mənbələr xəbər veriblər ki, söhbət, smart saatdan yox fitnes qolbaqdan gedir. Bu brədə Gizmochina saytı xəbər verib. Beləliklə Redmi brendi HMSH01GE model nömrəli cihazı Hindistanın standartlar agentliyində sertifikatlaşdırmadan keçirdib.
        Sözügedən cihaz smart saatlar qrupunda sertifikatlaşdırılıb. Lakin qeyd etmək lazımdır ki, daşınıla bilən bütün cihazlar məhz bu qrupda sertifikatlaşdırmadan keçirilir. Bundan əlavə olaraq Redmi brendinin fitnes qolbağının fotosu və onun barəsində bir sıra məlumatları Mi Fit tətbiqində aşkar ediblər. Beləliklə məlumata əsasən fitnes qolbaq düzbucaq şəklində ekran əldə edərək qalın çərçivələrə və aşağı hissədən düyməyə sahib olacaq.
        Həmçinin məlumatda qeyd edilib ki, fitnes qolbaq ürək döyüntülərinin təyini ötürücüsünə, NFC modula, zəngli saata və musiqinin idarəolunması sisteminə sahib olacaq. Redmi brendinin öz fitnes qolbaq modelini nə zaman təqdim edəcəyi barəsində məlumat yoxdur. Lakin gözləntilərə əsasən o, Xiaomi Mi Band-dan daha ucuz qiymətə satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər