main-post-cover

    Redmi brendinin daha bir flaqman smartfonunun mövcud olduğu məlum olub

    Elm & Texnologiya
    15.05.2019
    Emil Nəcəfov
        Xiaomi şirkətinin müstəqil brendi kimi fəaliyyət göstərən Redmi dünən özünün flaqman smartfon modelinin K20 adlanacağını elan etdi. Bugün isə bu smartfon modelinin Pro versiyasının var olması barəsində təsdiqləyici sübut da ortaya çıxdı. Belə ki, Çinin Weibo adlı sosial şəbəkəsində bu smartfon ilə çəkilmiş ilk foto ortaya çıxıb. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib.
        Xiaomi şirkətinin sənaye investisiyaları şöbəsindən olan Sun Changxu adlı şəxs Weibo sosial şəbəkəsində uşaq fotosunu paylaşıb. Həmin fotonun aşağı hissəsində “Redmi K20 Pro AI Triple Camera” yazısını görmək olar. Bu isə Redmi brendinin K20 flaqman smartfon modelinin Pro versiyasının mövcud olduğunu və onun süni zəka funksiyalı üçlü arxa kameraya sahib olduğunu təsdiqləyir.

        K20 Pro vasitəsilə çəkilmiş fotoya əsasən smartfon kamerası barəsində nəsə demək çətindir. Belə ki, sözügedən foto sıxışdırılmış formatda təqdim olunub. Bəzi məlumatlara əsasən smartfon Sony IMX586 markalı 48 MP-lik əsas kameraya sahib olacaq. ikinci kamera portret rejimi fotoları üçün, üçüncü kamera isə optik zoom və ya ultragenişbucaqlı çəkilişlər üçün nəzərdə tutula bilər.
    Linki kopyala