Redmi brendinin ikinci smartfonu Redmi Go rəsmi olaraq təqdim edildi

Redmi brendinin ikinci smartfonu Redmi Go rəsmi olaraq təqdim edildi

Texnologiya
29.01.2019 PAYLAŞIM

    Bu ilin əvvəlində Xiaomi şirkətindən ayrılaraq müstəqil brendə çevrilmiş Redmi artıq öz ikinci smartfon modelini təqdim etdi. Söhbət, Redmi Go smartfonundan gedir. Bu barədə Gizchina saytı xəbər verib. Smartfonun adından bəllidir ki, sözügedən cihaz Android Go proqramı çərçivəsində istehsal edilib və Google şirkətinin məşhur əməliyyat sisteminin daha sadələşdirilmiş versiyası əsasında çalışır. Bundan əlavə olaraq smartfon kompakt ölçülərə sahib olub.


Bənzər xəbər


    Beləliklə Redmi Go smartfonu 1280x720 piksel keyfiyyətli 5 düym ekran, Snapdragon 425 prosessoru, 1 GB RAM, 16 GB daxili yaddaş həcmi, f/2.2 diafraqmalı 8 MP-lik arxa kamera, f/2.2 diafraqmalı 5 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 8.1 Oreo (Go Edition) əməliyyat sistemi vasitəsilə çalışır. Redmi Go həmçinin Google şirkətinin servislərinin Go versiyalarına da sahibdir. Redmi Go gələn aydan 80 avro qiymətində satışa çıxacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×