main-post-cover

    Redmi K30 Pro 5G-nin ön panel dizaynı və təqdimat tarixi məlum oldu

    Elm & Texnologiya
    25.02.2020
    Emil Nəcəfov
        Xiaomi şirkətinin Redmi brendi Çinin Weibo sosial şəbəkəsində Redmi K30 Pro 5G flaqman smartfon modelinin tizer fotosunu təqdim edib. Təqdim edilmiş rəsmi tizer fotosu smartfonun ön panelinin dizaynını sərgiləməkdən əlavə olaraq onun təqdimat tarixini də əks etdirib. Bu barədə Gizmochina saytı xəbər verib. Beləliklə təqdim edilmiş tizer fotosuna əsasən smartfon mart ayında təqdim olunacaq. Lakin dəqiq təqdimat tarixi barəsində məlumat verilməyib.
        Fotodan da görmək olar ki, smartfon tamamilə çərçivəsiz ekrana sahib olacaq. Ön kamera üçün heç bir çıxıntı hissə yoxdur. Bu isə o deməkdir ki, ön kamera smartfonun yuxarı hissəsinin daxilinə inteqrasiya ediləcək və istifadəçi kamera tətbiqini işə salan zaman kamera çölə çıxacaq. Smartfonun sağ kənarında səsin tənzimlənməsi və yandırıb/söndürmə düymələri yerləşəcəklər.
        Bununla yanaşı Redmi K30 Pro 5G modelini adi K30-dan fərqləndirəcək özəllik ondan ibarət olacaq ki, Pro versiyada barmaq izi skanı texnologiyası smartfonun ekranına inteqrasiya ediləcək. Son məlumat sıızntılarına əsasən Redmi K30 Pro 5G smartfonu 6.6 düym ekran, Snapdragon 865 prosessoru, LPDDR5 standartlı RAM göstəricisi, əsas kamera modulu 64 MP olmaqla dördlü arxa kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. 
    Linki kopyala