Redmi K30 Pro-nun qlobal versiyası olan Poco F2 Pro flaqman smartfonu təqdim olunub - QİYMƏTİ

Redmi K30 Pro-nun qlobal versiyası olan Poco F2 Pro flaqman smartfonu təqdim olunub - QİYMƏTİ

Texnologiya
13.05.2020 PAYLAŞIM

    Xiaomi şirkətinin müstəqil brendi olan Poco dünən F2 Pro flaqman smartfon modelini təqdim etdi. Əvvəlcədən də gözlənildiyi kimi təqdim edilmiş yeni smartfon Çin bazarında satışa çıxmış Redmi K30 Pro modelinin qlobal versiyasıdır. Beləliklə Poco F2 Pro smartfon modeli 2400x1080 piksel keyfiyyətli 6.67 düym Super AMOLED ekrana sahibdir. Ekranın özü HDR10+ texnologiyasını dəstəkləyir və Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə edilib. Ekran üzərində heç bir çıxıntı hissə yoxdur. Belə ki, smartfon hərəkətli ön kamera ilə təchiz olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.


    Əsas texniki göstəricilərə gəldkdə isə Poco F2 Pro modeli Snapdragon 865 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP (Sony IMX686) + 13 MP (123 dərəcə bucaq təsvirli obyektiv) + 5 MP (teleobyektiv) + 2 MP (ToF sensor) dördlü arxa kamera, 20 MP-lik ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Şirkətin verdiyi məlumata əsasən Poco F2 Pro smartfonu 8K keyfiyyətli videoların çəkilişini dəstəkləyir. Bütün bunlardan əlavə olaraq smartfon USB Type-C və ənənəvi 3.5 mm-lik audiogirişinə sahibdir. Poco F2 Pro modeli Poco Launcher 2.0 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 499 avroya, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya isə 599 avroya satılır. Poco F2 Pro-nu artıq AliExpress-dən əldə etmək olar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..

×