Redmi K30 Pro smartfonu qlobal bazarda Poco F2 adı ilə satışa çıxa bilər

Redmi K30 Pro smartfonu qlobal bazarda Poco F2 adı ilə satışa çıxa bilər

Texnologiya
26.03.2020 PAYLAŞIM

    XDA-Developers saytının mütəxəssisləri MIUI 11-in sonuncu beta versiyalarından birində olan MIUI Camera tətbiqini analiz edərək bir neçə gün bundan öncə təqdim edilmiş Redmi K30 Pro flaqman smartfon barəsində maraqlı məlumat aşkar ediblər. Belə ki, MIUI 11 kodunda lmiin kod adına rast gəlinib. İnsayderlər güman edirlər ki, bu, Redmi K30 Pro-nun Hindistan üçün nəzərdə tutulmuş versiyasının kod adıdır.

    Belə ki, Çin bazarı üçün nəzərdə tutulmuş Redmi K30 Pro versiyası lmi kod adına sahib idi. Lakin maraqlısı ondadır ki, mütəxəssislər MIUI 11 kodunda həmçinin SHOT ON POCO PHONE yazısını da aşkar ediblər. Burdan da belə qənaətə gəlmək olar ki, Hindistanda Redmi K30 Pro smartfonu Poco brendinin modellərindən biri kimi satılacaq.

Bənzər xəbər


    Çox böyük etimal ilə söhbət, Poco F2 smartfonundan gedir. Bu heç də təəccüblü olmaz. Belə ki adi Redmi K30 smatfonu Hindistanda Poco X2 adı ilə satışa çıxdı. Redmi K30 Pro-nun qlobal versiyasının nə zaman təqdim olunacağı bilinmir. Lakin insayderlərin sözlərinə əsasən qlobal versiyasının təqdimatı aprel ayında baş tutmalıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×