
Redmi K30 smartfon seriyasının təqdimatı barəsində məlumat verildi
Elm & Texnologiya
05.11.2019
Emil
Məşhur hindistanlı insayder Sudhanshu Ambhore Redmi K30 smartfon seriyasının təqdimat tarixi barəsində məlumat verib. Onun sözlərinə əsasən adi Redmi K30 modeli bu ilin sonuna kimi təqdim ediləcək. Çox güman ki, təqdimat tədbiri dekabr ayında baş tutacaq. Bu barədə Gagadget saytı xəbər verib. Redmi K30 Pro-ya gəldikdə isə insayder bildirib ki, o, gələn il təqdim ediləcək. Şirkətin nəyə görə təqdimatları müxtəlif vaxtlarda keçirtmək istədiyi bilinmir. Qeyd etmək lazımdır ki, Redmi K30 smrtfonu Redmi brendinin 5G dəstəkli ilk smartfon modeli olacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
