Redmi K30 smartfonunun fotosu ortaya çıxdı

Redmi K30 smartfonunun fotosu ortaya çıxdı

Texnologiya
17.10.2019 PAYLAŞIM

    Redmi K30 smartfon modelinin ekranının bir hissəsinin təqdimatından sonra internetdə sözügedən smartfonun bötüv fotosu ortaya çıxıb. Beləliklə insayderlər Redmi K30-un ön panelinin necə görünəcəyini sərgiləyiblər. Bu barədə Mydrivers saytı xəbər verib. Fotodan da görmək olar ki, Redmi K30 modeli ekranın yuxarı sağ hissəsində yerləşən ikili ön kameraya sahib olacaq. Smartfon ekranının kənar çərivələri isə demək olar görünmürlər.


    Smartfonun aşağı hissəsində isə bir qədər nəzərə çarpan çərçivə yerləşdirilib. Bu fotonun həqiqətən də Redmi K30 modelinə aid olması təsdiqlənməsə də o, bir neçə müddət bundan öncə sərgilənmiş render fotosuna çox oxşayır. Redmi K30-un dəqiq texniki göstəriciləri barəsində məlumat yoxdur. Lakin hələ bir neçə gün bundan öncə Redmi brendinin rəhbəri bildirmişdi ki, Redmi K30 modeli Redmi brendinin 5G dəstəkli ilk smartfonu olacaq. Smartfonun nə zaman təqdim olunacağı barəsində də bir məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..


Daha bir dövrün sonu: Apple 7-ci nəsil iPod Touch-ın istehsalını dayandırdığını ..

Apple şirkəti iPod Touch playerinin istehsalını dayandırdığını elan edib. Beləliklə sözügedən player..


Nüfuzlu insayder Snapdragon 8 Gen 2 flaqman prosessorunun bəzi özəllikləri barəs..

Digital Chat Station ləqəbli məşhur insayder Qualcomm şirkətinin yeni flaqman prosessorunun texniki ..


Neuralink-in rəqibi beyin implantlarının ABŞ-da insanlar üzərində testlərinə sta..

Elon Musk-ın Neuralink layihəsinin rəqibi olan Synchron şirkətinin sözlərinə əsasən onun beyin impla..

×