Redmi K30-un hansı prosessora sahib olacağı barəsində məlumat verildi

Redmi K30-un hansı prosessora sahib olacağı barəsində məlumat verildi

Texnologiya
08.11.2019 PAYLAŞIM

    Artıq məlumdur ki, Redmi brendi özünün ilk 5G dəstəkli smartfon modeli üzərində çalışır. Söhbət, Redmi K30-dan gedir. Hələ bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, şirkət Redmi K30-un istehsal qiymətini aşağı salmaq üçün 5G dəstəkli Snapdragon prosessoru əvəzinə 5G dəstəkli MediaTek prosessorundan istifadə edə bilər. İndi isə məşhur hindistanlı insayder Sudhanshu Ambhore bunun hansı MediaTek prosessoru olacağı məlumatını verib. Bu barədə Gagadget saytı xəbər verib.

    Beləliklə insayderin verdiyi məlumata əsasən çox güman ki, Redmi K30 modeli 5G dəstəkli Helio M70 prosessoru ilə təchiz olunacaq. MediaTek prosessorundan əlavə olaraq Redmi K30 modeli genişformatlı ekran və ekran üzərində ikili ön kamera üçün nəzərdə tutulmuş dairəvi çıxıntı hissə ilə təchiz olunacaq. Son məlumat sızıntısına əsasən şirkət adi Redmi K30 modelini bu ilin sonuna kimi, Redmi K30 Pro-nu isə gələn il təqdim edəcək. Əgər bu məlumat düzdürsə, smartfon gələn ay təqdim olunmalıdır. Gözlənilən təqdimat tarixi isə 18 dekabrdır. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Kiber Dünya yaxınlaşır: Biyonik göz vasitəsilə təkrar görmək mümkündür..

Dünya və insanlar kiberləşməyə doğru gedir. Avtomobil qəzasında görmə bacarığını itirən şəxs Biyonik..


Windows 10 üçün daha möhtəşəm bir yenilik gəlir

ABŞ əsilli şirkət Microsoft, Windows 10'u yeni funksiyalarla təkminləşdirməyə davam edir. Bu səfər ü..


Redmi K30 smartfonu MediaTek əvəzinə 5G dəstəkli Snapdragon prosessorunu əldə ed..

Hələ bir neçə müddət bundan öncə internetdə məlumat ortaya çıxmışdı ki, Redmi K30 smartfonu 5G çipin..


NUVİA: Amd və İntel'in yeni rəqibi gəlir

Apple A13 Bionic çipsetinin istehsalındaki şəxslər tərəfindən qurulan NUVİA şirkəti yeni çipsetləri ..


Google'a qarşı iddia: Axtarış nəticələrini manipulyasiya edir

Nəhəng axtarış sistemi olan Google-a qarşı iddia olunur ki, axtarış nəticələrini manipulyasiya edir...


The Boring Company şirkəti Las Veqasda yeraltı tunelin inşasına start verib

The Boring Company şirkəti Las Veqasdakı 80 hektar ərazini əhatə edən sərgi mərkəzində yeraltı tunel..