Redmi K30-un kamerası barəsində məlumat verildi

Redmi K30-un kamerası barəsində məlumat verildi

Texnologiya
29.11.2019 PAYLAŞIM

    Gələn ay təqdim ediləcək Redmi K30 smartfon modeli barəsində məlumatlar ortaya çıxmağa davam edir. Belə ki, Redmi brendinin rəhbəri olan Lu Weibing jurnalistlərə bildirib ki, Redmi K30 modeli yeni 64 MP-lik Sony IMX686 kamera modulunu əldə edəcək ilk smartfon olacaq. Qeyd etmək lazımdır ki, əvvəlki məlumatlara əsasən bu kameranı ilk əldə edəcək smartfon məhz Honor V30 olmalı idi.

    Lakin nəticədə Honor V30 modeli 40 MP-lik Sony IMX600 kamera modulunu əldə etdi. Qeyd etmək lazımdır ki, 64 MP-lik kamera modulundan əlavə olaraq Redmi K30 modeli əlavə 3 kameraya da sahib olacaq: 8 MP + 13 MP + 2 MP. Smartfon iki versiyada satşa çıxacaq. Onlardan biri 5G şəbəkəsini digəri isə yalnız 4G şəbəkəsini dəstəkləyəcək. Redmi k30 smartfonu 10 dekabr tarixində Çində təqdim olunacaq. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər insan saçlarından OLED ekran yaratmağı bacarıblar (VİDEO)

Avstraliyalı tədqiqatçılar adi insan saçlarını yüksək texnoloji OLED ekranlara çevirən yeni texnolog..


Dünyanın ilk 6 nm-lik prosessoru AMD Ryzen 6000 ola bilər

AMD şirkətinin növbəti illərdə çıxarması gözlənilən yeni prosessoru Ryzen 6000 seriyası 6 nm ola bil..


Ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameraya sahib smartfonlar nə zaman..

1 il bundan öncə OPPO və Xiaomi şirkətləri ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameraya sah..


AirPods Pro, Marshall Major III və Beats EP - Hansı? | Hədiyyə edirik

Bu 3 cihazdan birini hədiyyə qazanmaq üçün videonu izləyin və qaydalara əməl edin. Qaydalar videoda ..


Snapdragon 875 yeni çipset nüvələri ilə performansda nirvana olacaq

Qualcomm şirkətinin növbəti çipseti Snapdragon 875 ARM şirkətinin yeni Cortex nüvələrini istifadə ed..


Bu ilki yeni iPad modeli bu vacib özəllikdən məhrum ola bilər

Artıq beynəlxalq standart kimi qəbul edilmiş USB Type-C girişinə keçid məsələsində Apple şirkətinin ..

×