
İnternetdə bu ayın 10-u təqdim olunacaq Redmi K30 smartfon modelinin promo fotosu ortaya çıxıb. Bundan əlavə olaraq məşhur hindistanlı insayder Mukul Sharma smartfonun qiyməti barəsində yeni məlumatı da təqdim edib. Bu barədə Gizmochina saytı xəbər verib. Beləliklə ortaya çıxmış promo fotodan da görmək olar ki, smartfon ikili ön kamera ilə təchiz olunacaq və həmin kamera ekran üzərindəki çıxıntı hissədə yerləşdiriləcək.
Galaxy Note 20-nin güman olunan fotosu ortaya çıxıb
Məlumata əsasən Redmi K30-un ikili ön kamerası 32 MP-lik olacaq. Bir neçə müddət bundan öncə sızdırılmış məlumatda qeyd edilmişdi ki, Redmi K30 həmçinin 60 MP-lik Sony IMX686 adlı kamera modulunu əldə edəcək ilk model olacaq. İndiyənə kimi güman edilirdi ki, Redmi K30-un standart versiyası 285$-a satılacaq. Lakin məşhur insayder Mukul Sharma-nın verdiyi məlumata əsasən smartfon 285$-a deyil 327$-a satılacaq.
Şərh yoxdur