
Redmi Monitor A24 adlı yeni monitor təqdim olunub - QİYMƏTİ
Elm & Texnologiya
13.10.2023
Emil
Xiaomi-nin Redmi brendi Çində öz yeni monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor Redmi Monitor A24 adını əldə edib. Sözügedən yeni monitor 100 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 23.8 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit təşkil edir və o, sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Redmi Monitor A24 özündə HDMI və DisplayPort 1.4 girişlərini birləşdirir. Monitor artıq Çin bazarında 70$ qiymətində satışa çıxıb. Onun qlobal bazarda satılıb-satılmayacağı isə hələ bilinmir.
Paylaş