Redmi-nin yeni planşet üzərində çalışdığı məlum olub

Redmi-nin yeni planşet üzərində çalışdığı məlum olub

Texnologiya
18.05.2023 PAYLAŞIM

    Xiaomi-nin Redmi brendi 2022-ci ildə Redmi Pad adlı planşetini təqdim etmişdi. Görünür, Redmi indi onun davamçısı üzərində çalışır. Bu barədə məlumatı Digital Chat Station ləqəbli məşhur insayder təqdim edib. Onun sözlərinə əsasən Redmi Pad 2 planşeti xun kod adına sahibdir və cihaz artıq bir neçə sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçib. Redmi-nin yeni planşetinin texniki özəllikləri barəsində məlumat yoxdur. Lakin insayder bildirib ki, o, Snapdragon prosessoru vasitəsilə çalışmalıdır. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən il təqdim edilmiş Redmi Pad planşeti MediaTek Helio G99 prosessoru vasitəsilə çalışır. Güman etmək olar ki, Redmi Pad 2 planşeti ya 90 ya da 120 Hz-lik təsvir yenilənməsinə sahib IPS LCD ekran ilə təchiz olunacaq. Planşet bu ilin üçüncü rübündə təqdim edilməlidir.




DAHA ÇOX


Analitiklər Apple Vision Pro barəsində fikirlərini söyləyiblər

TrendForce şirkətinin analitiklərinin proqnozlarına əsasən Apple şirkəti gələn il 200 000 ədəd Visio..


Snapdragon 8 Gen 3 hansı performansı sərgiləyəcək?

Qualcomm şirkəti keçən həftə Snapdragon 8 Gen 3 flaqman prosessorunun təqdimat tədbirini anons etmiş..


Apple Vision Pro-nun sahib olduğu batareyanın təqribi həcmi barəsində məlumat ve..

Apple şirkəti öz qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim edən zaman qeyd etmişdi k..


Samsung Galaxy Watch 6 smart saatı hansı gücdə şarj texnologiyasını dəstəkləyəcə..

Samsung şirkətinin iyul ayının sonunda keçirəcəyi Galaxy Unpacked tədbiri çərçivəsində qatlana bilən..


Apple Vision Pro-nun maya dəyəri nə qədər təşkil edir?

Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının təqdimatı WWDC 2023 konfransını..

×