
Redmi Note 5-in texniki göstəriciləri və qiyməti məlum oldu
Elm & Texnologiya
25.01.2018
Emil
İnternetdə Xiaomi Redmi Note 5-in fotoları, texnki göstəriciləri və təqribi qiyməti sızdırılıb.
Həmçinin sözügedən smartfon Çində
Xiaomi MEE7 və Xiaomi MET7 adları ilə sertifikatlaşdırılıb. Bu barədə Gizmochina
saytı xəbər verib. Yeni model Redmi Note 5 metal korpusa və müasir dizayna
sahib olacaq. Həmçinin smartfon 18:9 nisbətli çərçivəsiz 5.99 inç Full HD+
ekranla təchiz olunacaq. Sızdırılmış fotodan da görmək olar ki, Redmi Note 5
ikili arxa kameraya sahib olacaq. Güman olunur ki, onlardan biri 16 MP, digəri
isə 5 MP olacaq. Smartfonun ön paneli isə geniş bucaqlı 8 MP-lik kamera ilə təchiz
olunacaq.

Smartfon MIUI 9 interfeysli Android 7.0 Nougat əməliyyat sistemi
vasitəsilə çalışacaq. Sızdırılmış məlumatlara əsasən smartfon iki versiyada təqdim
olunacaq. Birinci versiya Snapdragon 630 prosessoru, 3 GB RAM və 32 GB daxili
yaddaş, ikinci versiya isə Snapdragon 636 prosessoru, 4 GB RAM və 64 GB daxili
yaddaş ilə təmin olunacaq. Birinci versiyanın təqribi qiyməti 237$, ikinci
versiyanın təqribi qiyməti isə 284$ təşkil edəcək. Yeni model Redmi Note 5-in MWC 2018 tədbirində anons
olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
