main-post-cover

    Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

    27.08.2019
    Emil Nəcəfov
        Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hər şey məlumdur. Lakin smartfonun qiyməti barəsində məlumat indiyənə kimi ortaya çıxmamışdı. Məşhur hindistanlı insayder Mukul Sharma isə bu vəziyyəti dəyişib. Belə ki, o öz Twitter hesabında smartfonun texniki göstəriciləri ilə qiymətini təqdim edib. Bu barədə 4pda saytı xəbər verib.
        Mukul Sharma-nın öz Twitter səhifəsində təqdim etdiyi fotoda Redmi Note 7 Pro ilə Note 8 Pro arasındakı fərq əks olunub. Texniki göstəricilər ilə yanaşı smartfonların qiyməltəri də müqayisə edilib. Beləliklə hal hazırki məlumata əsasən Redmi Note 8 Pro modeli 251$-a satılacaq.
        Adi Note 8-in isə 140$ dəyərində satılacağı güman edilir. Əsas texniki göstəricilərə gəldikdə isə Redmi Note 8 Pro modeli MediaTek Helio G90T prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 64 MP-lik arxa kamera, 4500 mAh enerji tutumlu batareya və NFC modul ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, hər iki smartfon 29 avqust tarixində təqdim ediləcək.
    Linki kopyala