Redmi Note 8T'nin real fotoları ortaya çıxdı

Redmi Note 8T'nin real fotoları ortaya çıxdı

Texnologiya
28.10.2019 PAYLAŞIM

    Biz daha öncədən məlumat vermişdik ki, Xiaomi şirkəti Redmi Note 8-in daha təkmilləşdirilmiş versiyası olacaq Redmi Note 8T smartfonu üzərində çalışır. Smartfonun təqdimatına az qalmış onun barəsində daha çox məlumat sızıntısı baş tutur. Belə ki, smartfonun real fotoları internetdə ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib.


    Ortaya çıxmış fotolarda əks olunmuş Redmi Note 8T-nin ekranı üzərində olan örtük isə həmçinin smartfonun bəzi özəllikləri barəsində də məlumat verir. Əvvəlcədən də gözlənildiyi kimi Redmi Note 8T modeli adi Redmi Note 8-in kopyası olacaq. Yeganə fərq isə ondan ibarət olacaq ki, Redmi Note 8T modeli kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş modul ilə təchiz olunacaq.

    Əsas texniki göstəricilərə gəldikdə isə Redmi Note 8T 6.3 düym ekran, ekran üzərində Gorilla Glass 5 qoruyucu şüşəsi, Snapdragon 665 prosessoru, 48 MP-lik dördlü arxa kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun 18 vatt gücündə sürətli şarj texnologiyasını da dəstəkləyəcəyi gözlənilir. Redmi Note 8T artıq yaxın günlərdə təqdim olunmalıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA Mars səthində olan Ingenuity dron aparatının ilk uçuşunu uğurla reallaşdırd..

NASA agentliyi Ingenuity dronunun Mars atmosferində ilk uçuşunu uğurla reallaşdırdığını elan edib. ..


NASA astronavtlarının Aya göndərilməsi ilə SpaceX məşğul olacaq

NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb.


Elon Musk bu ilin sonuna kimi Starlink peyk internetinin mobil olacağına söz ver..

Elon Musk bildirib ki, Starlink peyk interneti 2021-ci ildə tamamilə mobil olacaq və bu da öz növbəs..


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..

×