main-post-cover

    Redmi Note 8T smartfonu barəsində məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    22.10.2019
    Emil Nəcəfov
        Hələ bir neçə müddət bundan öncə insayderlər bildirmişdilər ki, Xiaomi şirkəti Redmi Note 8T smartfon modeli üzərində çalışır. Lakin sonradan məlumat ortaya çıxdı ki, belə bir smartfon ümumiyyətlə mövcud deyil və təqdim edilmiş məlumat fakedir. Bugün isə təqdim edilmiş yeni məlumata əsasən Redmi Note 8T smartfon modeli mövcuddur. Bu barədə Gagadget saytı xəbər verib.
        Hindistanlı inayder Sudhanshu Ambhore sözügedən smartfonun render fotolarını və onun barəsində bəzi məlumatları təqdim edib. Məlumatda qeyd edilib ki, smartfon Snapdragon 730G prosessorunu əldə etməyəcək. Redmi Note 8T modeli adi Redmi Note 8-in kopyası olacaq. Bu smartfonların arasında yeganə fərq ondan ibarət olacaq ki, Redmi Note 8T modeli kontaktsız ödənişlər üçün NFC modul əldə edəcək.
        Qeyd etmək lazımdır ki, bir çox alıcılar məhz NFC modulun olmadığı üçün adi Redmi Note 8 modelini almırdılar. Redmi Note 8 Pro modelinə gəldikdə isə onda NFC modul olsa da alıcıları MediaTek prosessorunun mövcudluğu qane etmirdi. Redmi Nte 8T-nin nə zaman satışa çıxacağı barəsində məlumat yoxdur. Lakin insayder bildirib ki, smartfon Snapdragon 665 prosessoru, 4000 mAh enerji tutumlu batareya və 48 MP + 8 MP + 2 MP + 2 MP dördlü arxa kamera ilə təchiz olunacaq.
    Linki kopyala