Redmi Note 9 Pro-nun texniki özəllikləri barəsində məlumat verildi

Redmi Note 9 Pro-nun texniki özəllikləri barəsində məlumat verildi

Texnologiya
10.03.2020 PAYLAŞIM

    Redmi Note 9 smartfon seriyasının təqdimatına 2 gün qalmış internetdə Pro modeli barəsində məlumat ortaya çıxıb. Belə ki, məşhur hindistanlı insayder Ishan Agarwal sözügedən smartfonun texniki özəllikləri barəsində məlumat evrib. Bu barədə Gagadget saytı xəbər verib. Onun sözlərinə əsasən Redmi Note 9 Pro smartfonu 6.67 düym LCD ekran ilə təchiz olunacaq və ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə olacaq. Barmaq izi skanı texnologiyası isə smartfonun kənar hissəsində yerləşəcək. Təəssüflər olsun ki, smartfon ekranı yüksək tezlikdə təsvir yenilənməsinə sahib olmayacaq.

    Məlumata əsasən Pro modelinin ekranı 60 Hz tezlikdə təsvir yenilənməsini dəstəkləyəcək. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 720G prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 48 MP + 5 MP + 8 MP + ToF dördlü arxa kamera, 16 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5020 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Bununla yanaşı hindistanlı insayder qeyd edib ki, Xiaomi şirkəti həmçinin Redmi Note 9 Pro Max modeli üzərində də çalışır. Lakin onun barəsində heç bir məlumat yoxdur. 

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..

×